BAKI, 8 iyun — Sputnik. Azərbaycanda 323 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər dünyasını dəyişib.
Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Hazırkı dövrədək ölkəmizdə 7876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4377 nəfər müalicə olunaraq sağalıb, 93 nəfər vəfat edib, 3406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 69 nəfərin vəziyyəti ağır, 80 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 343391 test aparılıb.