Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı yüz mini keçib

Məlumata görə, son sutkada Səudiyyə Ərəbistanı Krallığında daha 3045 nəfərdə koronavirus aşkar edilib.
Sputnik

BAKI, 7 iyun - Sputnik. Səudiyyə Ərəbistanında yeni növ koronavirusa yoluxanların sayı yüz mini keçib.

APA bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son sutkada Səudiyyə Ərəbistanında 3045 nəfərdə koronavirus aşkarlanıb.

Ümumilikdə isə virusa 101 914 nəfər yoluxub, 72 817 nəfər sağalıb, 712 nəfər ölüb.