CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ÜST-ün nümayəndəsindən koronavirusla bağlı bədbin proqnoz

Yoluxma payızda daha da arta bilər. Hətta payızda digər tənəffüs yolu xəstəlikləri ilə birlikdə çoxala bilər.
Sputnik

BAKI, 6 iyun — Sputnik. “Bir nəfərin iki nəfəri yoluxdurmasının qarşısı alınmayanadək bu xəstəlik artacaq”. Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. Sputnik Azərbaycan-ın məlumatına görə, Hande Harmancı AzTV-yə müsahibəsində COVID-19 pandemiyasının bu il bitməyəcəyini bildirib: "Yoluxma payızda daha da arta bilər. Hətta payızda digər tənəffüs yolu xəstəlikləri ilə birlikdə çoxala bilər. Hamı deyirdi, yay gələndə yoluxma azalacaq. Amma heç də hər yerdə belə deyil”.