Xain hücum, Türkiyə hərbçiləri arasında ölən və yaralılar var

Məlumatda vurğulanır ki, təyin olunan hədəflərə cavab zərbələri endirilib. Hələlik hücumun hansı qruplaşma tərəfindən həyata keçirildiyi bilinmir
Sputnik

BAKI, 6 iyun — Sputnik. Suriyanın İdlib vilayətində tibbi nəqliyyat vasitəsinə edilən hücum nəticəsində bir Türkiyə hərbçisi ölüb, iki nəfər isə yaralanıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

​Məlumatda vurğulanır ki, təyin olunan hədəflərə cavab zərbələri endirilib. Hələlik hücumun hansı qruplaşma tərəfindən həyata keçirildiyi bilinmir.