CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaxşılıq istəyi vs qanun: çörəkbişirənlər polisə cavab verirlər

“Polis əməkdaşları obyektin fəaliyyətini dayandırıblar. Sexin sahibi və işçilər barəsində qanunamüvafiq tədbirlər görülür”
Sputnik

BAKI, 6 iyun — Sputnik. Ölkənin beş şəhəri üzrə bu gündən başlayaraq bazar ertəsi səhər saatlarınadək küçəyə çıxmaq qadağası olsa da, buna əməl etməyənlər var.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumat görə, Gəncənin Nizami rayonu ərazisində icazəsiz fəaliyyət göstərən çörək sexi aşkarlanıb:  “Polis əməkdaşları obyektin fəaliyyətini dayandırıblar. Sexin sahibi və işçilər barəsində qanunamüvafiq tədbirlər görülür”.