CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda romantik təbiət hadisəsi - FOTO

Tutulma mövsümü 35 gün çəkir, bu müddət ərzində Günəş, Yer və Ay bir müstəvi üzərində yerləşdiyindən kölgələri bir-birinin üstünə düşür.
Sputnik

BAKI, 6 iyun — Sputnik. Dünən natamam Ay tutulması baş verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Qrinviç vaxtı ilə 17:45-dən 21:04-dək davam edən tutulmanın maksimal fazası 19:26-da (Qrinviç) müşahidə olunub. Həmin vaxt Ayın 59%-i Yerin kölgəsində olub.

Braziliya, Qərbi Afrika, Avropanın böyük bir hissəsində Ay doğarkən, Afrikanın digər hissəsi və Asiyanın əksər bölgələrində bütün proses boyu, Şimal-Şərqi Asiya, Avstraliya, Yeni Zelandiyada son həddə, şənbə səhəri açılan zaman tutulmanı müşahidə ediblər. Şimalı Amerikada yaşayanların isə belə imkanı olmayıb.

Tutulma mövsümü 35 gün çəkir, bu müddət ərzində Günəş, Yer və Ay bir müstəvi üzərində yerləşdiyindən kölgələri bir-birinin üstünə düşür.

Hər il ən azı iki mövsüm tutulma olur, bu il isə onların sayı üçdür.

Hər mövsümdə minimum 2 tutulma - Ay və Günəş olur. Hazırkı mövsümdə isə bunların sayı üç olacaq: 5 iyundakı natamam Ay, 21 iyunda natamam Günəş və 5 iyulda natamam Ay tutulması.

Ay Yerin kölgəsində tamamilə gizlənərək al-qırmızı rəngə boyandığı tam tutulmadan fərqli olaraq natamam tutulma o qədər effektli görünməsə də, dünən axşam paytaxt və bölgələrimizdə gözəl mənzərələr yaradıb. Sputnik Azərbaycan-ın fotomüxbirinin çəkdiyi və "Facebook" sosial şəbəkəsində paylaşılan digər şəkilləri təqdim edirik.