CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dahi Nizaminin vətəni bu gün - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a  təqdim edilən görüntülərdə şəhərin boş olduğu görünür
Sputnik

BAKI, 6 iyun — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargahın "Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" qərarı ilə  nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Sputnik Azərbaycan karantin rejiminin tətbiq olunduğu Gəncə şəhərindən görüntüləri təqdim edir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a  təqdim edilən görüntülərdə şəhərin boş olduğu görünür. Qeyd edək ki, bu gün Gəncədə karantin qadağasına baxmayaraq fəaliyyət göstərən bir çörək sexi aşkarlanıb.