İranda koronavirusa yoluxanların sayı 167 mini keçdi

Son 24 saat ərzində koronavirusa 2886 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 167156-ya çatıb.
Sputnik

 

BAKI, 5 iyun — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2886 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur bildirib.

"Son 24 saat ərzində koronavirusa 2886 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 167156-ya çatıb. Bir gün ərzində 63 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 8134-ə çatıb", - deyə məlumatda bildirilib.

O həmçinin qeyd edib ki, virusa yoluxan 167156 şəxsdən 129741 nəfəri sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,6 milyonu keçib, 391 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.