BAKI, 5 iyun — Sputnik. Bu gün Azərbaycanın Milli aviadaşıyıcısı Ankaradan Bakıya çarter reysi həyata keçirilib. Həmin reyslə 144 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkəyə gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.
Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.