Tələbələrin təhsil haqqı ilə bağlı açıqlama - Gələn həftədən...

Nəticələri barədə məlumat növbəti həftədən etibarən verilməyə başlanacaq. Müraciətlərin qəbulu 10 iyun tarixinə qədər davam edəcək.
Sputnik

BAKI, 5 iyun — Sputnik. Tələbələrin təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı etdikləri müraciətlərinin nəticələri barədə məlumat növbəti həftədən etibarən verilməyə başlanacaq. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda ölkədə hər iki tələbədən biri dövlət hesabına oxuyur.

Bununla belə, bu dövrdə təhsil haqqının ödənilməsi ilə bağlı tələbələrə əlavə dəstək məqsədilə e-teleb.edu.az portalı fəaliyyət göstərir, həmin portalda sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr qeydiyyatdan keçərək 2020-ci ilin həm yaz, həm də payız semestrləri üçün təhsil haqqının dövlət tərəfindən ödənilməsi üçün müraciət edə bilər. Müraciətlərin qəbulu 10 iyun tarixinə qədər davam edəcək.