BAKI, 5 iyun — Sputnik. Zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət tədbirləri davam etdirilir.
Sputnik Azərbaycan xəbər verir ki, İqtisadiyyat Nazirliyinin iyunun 4-də keçirdiyi növbəti monitorinqlərdə Suraxanı rayonunda "Fəqan" mağazasında, "Kafe çayka" ictimai iaşə obyektində, Xəzər rayonunda Arzuman İsgəndorova məxsus "Avto ehtiyat hissələri" mağazasında, Quba rayonunda "Grand Market"də, "İnşaat Aksesuarları" mağazasında, "Dokta-2019" aptekində, "Yüksəl" restoranında, Ağcabədi rayonunda "Unversam", "FM İnşaat" mağazalarında, "Market" pərakəndə ticarət obyektində, "Dönər" ictimai iaşə obyektində, Oğuz rayonunda "Kafe-Çay evi" ictimai iaşə obyektində, "Aytən" gözəllik salonunda, İsmayıl İsmayılova məxsus ət dükanında, Tərtər rayonunda "Oba Market"də, Sahib Quliyevə məxsus "Bərbərxana"da, Goranboy rayonunda "El Market"də, Bokt MMC-yə məxsus "Asel kredit"də, Cəlilabad rayonunda "İnşaat malları mağazası"nda, "Rəmzi market"də, "Aptek Dokta"da, İsmayıllı rayonunda "Aptek Zeytun 8"də, "Gəncə Çörək sexi"ndə və s. ticarət və xidmət obyektlərində ümumilikdə, monitorinq aparılan 377 obyektin 150-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Məlumat üçün bildirək ki, mayın 22-dən iyunun 4-dək 3535 sahibkarlıq subyektində monitorinq keçirilib və 1655 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.
Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.