CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri təyin edilib

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Sputnik

BAKI, 5 iyun — Sputnik. Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, Komissiya üzvləri sırasına aşağıdakı şəxslər daxil edilib:

Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Milli Məclisin deputatı Ağazadə Əminə, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, Milli Məclisin deputatı Arzu Nağıyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev.

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.