BAKI, 5 iyun — Sputnik. Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları iki gün müddətinə, şənbə və bazar günləri hərəkətdə olmayacaq. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibliyindən məlumat verilib.
Qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır.