CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Göyçayda həyat dramı: polis olmasaydı...

Kiçik yaşlı uşağın həyati təhlükəsi nəzərə alınaraq, polis əməkdaşı vaxt itirmədən öz şəxsi avtomobili ilə onu Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırıb
Sputnik

BAKI, 4 iyun — Sputnik. Göyçay Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları Etibar Əmirov Elman Əhmədov şəhər ərazisində xidmət aparan zaman bir azyaşlının su kanalında boğulduğunu görüblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumatına istinadla xəbər verir ki, Etibar Əmirov dərhal həmin azyaşlını sudan çıxarıb, ona ilkin tibbi yardım göstərib. Kiçik yaşlı uşağın həyati təhlükəsi nəzərə alınaraq, polis əməkdaşı vaxt itirmədən öz şəxsi avtomobili ilə onu Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin də müdaxiləsi ilə körpənin həyatı xilas edilib.

Polis əməkdaşları azyaşlının valideynləri ilə profilaktik söhbətlər aparıb, nəzarətsiz buraxmamaları barədə təlimatlandırıblar. Uşağın valideynləri də övladlarının həyatını xilas etdiyi üçün asayiş keşikçisinə öz minnətdarlıqlarını bildiriblər.