CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclis yenə pullarımızı sayacaq

İclasda Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında məsələyə də baxılacaq
Sputnik

BAKI, 4 iyun — Sputnik. İyunun 5-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclasın gündəliyinə 4 məsələ daxil edilib.

İclasda Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında məsələyə baxılacaq.

"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə birinci oxunuşda baxılacaq.

"Məhkəmə-Hüquq Şurası haqqında" qanunda, Cinayət-Prosessual Məcəlləsində dəyişikliklərə baxılacaq.