BAKI, 4 iyun — Sputnik. Yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq müntəzəm sərnişin avtobuslarında sərinlədirmə sistemlərinin işə salınmasına göstəriş verilib.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, sərnişinlərin rahatlığı baxımından qəbul olunan qərarla bağlı daşıyıcılara da xəbərdarlıq edilib: "Artıq bu gündən mərhələ ilə avtobuslarda sərinləndirmə sistemləri işə salınır. Qeyd edim ki, bundan əvvəlki illərdə də məhz sərnişinlərin rahatlığı nəzərə alınaraq sərinləndirmə sistemləri vaxtından əvvəl işə salınıb".