RUSİYA

Rusiyada koronavirusa yoluxanların sayı 430 mini keçdi

Rusiyada bu xəstəliyə yoluxanların sayı 432277-yə çatıb. Rusiyada pandemiya yayılandan 5215 nəfər COVID-19-dan vəfat edib.
Sputnik

BAKI, 3 iyun — Sputnik. Bir sutka ərzində Rusiyanın 84 regionunda 8536 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 178 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 432277-yə çatıb. Rusiyada pandemiya yayılandan 5215 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8972 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 195957-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 6,3 milyonu keçib, 380 mindən çox adam isə virus səbəbilə ölüb.