BAKI, 3 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfərə gəlib.
Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
İyunun 3-də Tərtər rayonunda Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.
Prezident İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında da iştirak edib.
Dövlət başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də Ağdam ərazisində yerləşən “N” saylı hərbi hissədə də olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Prezident İlham Əliyev hərbi hissədəki şəraitlə tanış olub.