CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi xəstəxanalar viruslu xəstələri qəbul etmək üçün tam boşaldılıb

Hər bir ağır xəstənin müalicəsi üçün 10-15 tibb işçisinə ehtiyac olur. 7 000 - 8 000 tibb işçisi ümumilikdə bu işlə məşğul olur.
Sputnik

BAKI, 3 iyun - Sputnik. "Tibb müəssisələrinin üzərinə böyük yük düşür. Xüsusilə Bakıya yük düşür. Bəzi xəstəxanalar tam boşaldılmamışdı. Artıq həmin xəstəxanalar boşaldıldı".

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, bu da digər sahə üzrə xidmətlərin göstərilməsinə təsir edə bilər:

"Bu gün üçün heç bir tibbi xidmətin axsamasına yol verilməyib. Hər bir ağır xəstənin müalicəsi üçün 10-15 tibb işçisinə ehtiyac olur. 7 000 - 8 000 tibb işçisi ümumilikdə bu işlə məşğul olur".