Özlərinə qənim kəsilənlər - Rusiya və Çinin ABŞ-a edə bilmədiklərini Donald Tramp edir

O, vurğulayıb ki, hərbçilər "yüksək hərbi hazırlıq vəziyyətindədir", lakin ölkə rəhbərliyinə yardım etmir.
Sputnik

BAKI, 3 iyun — Sputnik. Qaradərili Corc Floydun ölümündən sonra baş qaldıran iğtişaşlarla bağlı 1,6 minə yaxın hərbçi paytaxt Vaşinqton ətrafına yerləşdirilib. Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman bildirib.

"Həqiqi hərbi xidmət keçən hərbçilər Vaşinqtonun özündə yox, paytaxt regionun bazalarında yerləşdirilib", - deyə Hofman qeyd edib.

O, vurğulayıb ki, hərbçilər "yüksək hərbi hazırlıq vəziyyətindədir", lakin ölkə rəhbərliyinə yardım etmir.

Qeyd edək ki, ABŞ-ı sarsıdan iğtişaşlar dalğası Minneapolisdə afroamerikalı Corc Floydun polisin əli ilə öldürülməsindən sonra başlayıb.

Ümumilikdə, Los-Anceles, San-Fransisko, Beverli-Hills, Çikaqo, Orlando, Atlanta, Denver, Qərbi Hollivud və başqaları da daxil olmaqla Amerikanın 40-dan çox şəhəri öz ərazisində komendant saatı tətbiq edib.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Demokrat Partiyasından olan qubernatorları və merləri vəziyyətin nizamlanması üçün Milli Qvardiyanı cəlb etməyə çağırıb.