ABŞ demokratiyası rasizmə qalib gələ biləcəkmi – politoloq şərhi

Politoloq Mübariz Əhmədoğlu deyir ki, bu məsələlərdə Tramp və demokratiya uyuşmazlığı bir daha özünü göstərir
Sputnik

ABŞ Prezidenti Donald Tramp ölkədəki qarışıqlıqların dayandırılması üçün federal hökumətin bütün resurslarının səfərbərliyini elan edib.

Politoloq Mübariz ƏhmədoğluSputnik Azərbaycan-a deyir ki, ABŞ-da baş verənlərə təkcə bu günün hadisəsi kimi baxmaq doğru deyil: “ABŞ-ın tarixində hər zaman “ağlar” və “qara”ların qarşıdurması olub. Bu cür münaqişələr ABŞ dövlətçiliyinin tərkib hissəsidir. Özünü demokratiyanın qoruyucusu və beşiyi adlandıran ölkədə belə proseslərin baş verməsi diqqət mərkəzindədir. Bu məsələlərdə Tramp və demokratiya uyuşmazlığı bir daha özünü göstərir. Bu isə hazırda ABŞ üçün çox qəliz vəziyyət yaradıb”.

Xatırladaq ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və sonra dizi ilə boynunu sıxıb.

Mübariz Əhmədoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz