RUSİYA

Türkiyə Rusiyadan bir milyard dollarlıq silah sifariş verib

Rusiya və Türkiyə birgə aviasiya komplekslərinin və hava hücumundan müdafiə sistemlərinin yaradılması imkanlarını da müzakirə edirlər
Sputnik

 

BAKI, 2 iyun — Sputnik. Türkiyə ilə ixrac müdafiə sifarişlərinin portfeli 1 milyard dollar dəyərində qiymətləndirilir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev bildirib.

"Bu gün biz Türkiyənin Rusiya texnikası sifariş portfelinin 1 milyard dollar həcmində olması faktını açıqlaya bilərik", - deyə Şuqayev Türkiyənin "Ecoturk TV" telekanalına müsahibəsində bildirib.

O, həmçinin vurğulayıb, Rusiya və Türkiyə birgə aviasiya komplekslərinin və hava hücumundan müdafiə sistemlərinin yaradılması imkanlarını da müzakirə edirlər.

Qeyd edək ki, buna qədər Rusiyanın Türkiyə ilə ixrac müqavilələrinin həcmi rəsmi olaraq açıqlanmırdı.

Qeyd edək ki, bu ilin martında Dmitri Şuqayev bildirmişdi ki, Ankaranın S-400-ün ikinci partiyasını almaq istiqamətində hazırlıq işləri davam edir. Bundan başqa, məmurun sözlərinə görə, əlavə tədarük Türkiyənin zenit-raket sisteminin istehsalında iştirakını nəzərdə tutur. Ətraflı məlumat verilməsə də, qurumun rəhbəri vurğulayıb ki, bu, Rusiyanın milli maraqlarına heç bir risk və zərər gətirməyəcək.