CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik utanc damarına basmağa qərar verdi - FOTO

Mayın 22-dən iyunun 1-dək 2 385 sahibkarlıq subyektində monitorinq keçirilib və 1 141 obyektdə zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərin pozulması hallarına rast gəlinib
Sputnik

BAKI, 2 iyun — Sputnik. İqtisadiyyat Nazirliyi Azərbaycan Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə monitorinqləri davam etdirir.

Bu barədə Sputnik Azərbaycan-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

İyunun 1-də keçirilmiş monitorinqlərdə Suraxanı rayonunda "Ballı market"də, "Adana dönər" ictimai iaşə obyektində, Binəqədi rayonunda "Senti" və Vaqif Hüseynova məxsus geyim mağazalarında, "X petrol" yanacaqdoldurma məntəqəsində, Sabunçu rayonunda "Döneretto" ictimai iaşə obyektində, Xəzər rayonunda "Yeni Bakı" kafesində, Xətai rayonunda "Hakara poliqrafiya" xidmət obyektində, Nizami rayonunda Şamil Cəlalzadəyə məxsus uşaq geyimləri mağazasında, Yasamal rayonunda "Köz dönər" və Zaur Xəlilova məxsus ictimai iaşə obyektlərində, Nəsimi rayonunda "Tana" MMC-yə məxsus uşaq geyimləri mağazasında, Abşeron rayonunda "Pizza Line" ictimai iaşə obyektində, Tahir Əliyev və Bəhruz Qasımova məxsus bərbərxanalarda, Qobustan rayonunda "Dokta" aptekində, Göygöl rayonunda "Helenendorf" otelində və "Oba market"də, Masallı rayonunda "44 Dönər Evi"ndə, "Hector" mağazasında, "Karal" oteldə, Zaqatala rayonunda "Kibel" parfümeriya mağazasında, "Meydan" kafesində, "Ekonom Univermaq"da, Ağdam rayonunda "Zeytun" aptekində, "İstanbul kafe"də, Siyəzən rayonunda "Sky Elektroniks", "Al Market", "Y.T Moda", "Çıraq Qala un və un məmulatları" mağazalarında və s. ticarət və xidmət obyektlərində ümumilikdə, gün ərzində monitorinq aparılan 401 obyektin 191-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.

Qeyd edək ki, mayın 22-dən iyunun 1-dək 2 385 sahibkarlıq subyektində monitorinq keçirilib və 1 141 obyektdə zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərin pozulması hallarına rast gəlinib.