CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah hava şimallılarla qərblilərin kefinə soğan doğrayacaq

Sabah Abşeron yarımadasında  meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanlar üçün əsasən əlverişlidir
Sputnik

BAKI, 2 iyun — Sputnik. Azərbaycanda  iyunun 3-də  gözlənilən hava şəraiti barədə proqnoz açıqlandı.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a  verilən məlumata görə, sabah Bakıda  və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-23, gündüz  29-32, Bakıda  gecə 20-22, gündüz  30-32 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz  40-45 faiz təşkil edəcək. 

İyunun 3-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 17-22, gündüz  33-38, dağlarda gecə 11-16, gündüz  19-24 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

İyunun 3-də Abşeron yarımadasında  meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanlar üçün əsasən əlverişlidir.