CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qapalı səmanın şahinləri: onlar da günləri sayırlar

Azərbaycanda ilk mülki hava reysi 1921-ci ildə poçt-sərnişin təyyarəsində həyata keçirilib. 2006-cı ildən etibarən aviasiya işçiləri üçün məhz bu gün özəl olub
Sputnik

BAKI, 2 iyun — Sputnik. Bu gün Mülki Aviasiya İşçilərinin peşə bayramıdır. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 18 may 2006-cı ildə imzaladığı sərəncamla bu gün Mülki Aviasiya işçilərinin peşə bayramı kimi qeyd olunur. Sənədə əsasən, hər il iyun ayının 2-si (1938-ci ildə Azərbaycanda ilk aviasiya qrupunun yaradıldığı gün) mülki aviasiya işçilərinin peşə bayramı günü elan edilib.

Qeyd edək ki, Azərbaycanda ilk mülki hava reysi 1921-ci ildə poçt-sərnişin təyyarəsində həyata keçirilib. 2006-cı ildən etibarən Aviasiya işçiləri üçün məhz bu gün özəl olub.

Peşə bayramınız mübarək, əziz aviasiya işçilərimiz!