BAKI, 2 iyun - Sputnik. ABŞ-da polislər press vəsiqəsini təqdim etməsinə baxmayaraq Ağ Evin qarşısında etirazları işıqlandıran Sputnik-in prodüseri Nikol Russelə bir neçə dəfə rezin güllələrlə atış açıb. Bu barədə Sputnik Azərbaycan “RİA Novosti”-yə istinadən xəbər verir.
Qeyd edək ki, daha əvvəl Minneapolis polisi məqsədli şəkildə VICE telekanalının çəkiliş qrupu və “RİA Novosti”-nin müxbiri Mixail Turgiyevə qarşı gözyaşardıcı sprey tətbiq edib. Polislər bunu artıq etiraz aksiyası dağıdıldıqdan sonra ediblər.
Minnesota qubernatoru Tim Uolts hücuma məruz qalan KİV nümayəndələrindən üzr istəyib. “Rossiya Seqodnya” BİA isə öz növbəsində ABŞ rəhbərliyindən jurnalistlərə qarşı gözyaşardıcı qaz tətbiq edən polislərin hərəkətlərinin araşdırılmasını tələb edib.