Bu insident bütün ölkə üzrə etiraz aksiyalarına səbəb olub. Artıq bir neçə gündür ki, yüzlərlə insan Minneapolis, Nyu-York, Vaşinqton və ABŞ-ın digər böyük şəhərlərində polis özbaşınalığına qarşı etiraz olaraq küçələrə axışıb. Bir çox yerdə dinc nümayişlər tez bir zamanda iğtişaş və polislə qarşıdurmayla sonuclanıb. İştirakçılar talan törədir, mağazaları soyur, vitrinləri qırır və zibil qablarını yandırırlar. Etirazlar zamanı hətta RİA Novosti-nin müxbiri Mixayıl Turgiyev xəsarət alıb. Və bu səbəbdən Rusiya səfirliyi Dövlət Departamentinə nota ünvanlayıb.
Eyni zamanda, ABŞ-ın bir çox ştatında Milli Qvardiya polisin köməyinə gəlib. Amma nə onlar, nə rezin güllələr, nə də bibər qazı etirazları yatırmağa qadir olmayıb. Bu fonda isə Barak Obamanın keçmiş məsləhətçisi Syuzan Rays burada belə Rusiyanı ittiham etməyə çalışıb. Moskvanın bu dəfə nəyə görə günahlandırıldığını və bütün bunlara Donald Trampın bunkerinin necə aid olduğunu videomuzdan öyrənin.