RUSİYA

Azərbaycana qonşu ölkədə bir gündə 162 nəfər koronavirusdan öldü

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 6,1 milyonu keçib, 372 mindən çox adam isə virus səbəbilə ölüb.
Sputnik

BAKI, 1 iyun — Sputnik. Bir sutka ərzində Rusiyada 9035 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 162 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 414878-ə çatıb. Rusiyada pandemiya yayılandan 4855 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 3394 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 175887-ə çatıb.