BAKI, 1 iyun — Sputnik. Rusiyanın Birinci telekanalında yayımlanan "Pole Çudes" (Möcüzələr meydanı) televiziya proqramının Baş prodüseri Anatoliy Qoldfeder bazar günü axşam saatlarında vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, məlumatı verilişin aparıcısı Leonid Yakuboviç təsdiqləyb.
"Məlumatları təsdiqləyirəm. Deyirlər ürək çatışmazlığıdır. Ətraflı məlumat yoxdur. Ötən gecə baş verib", - deyə Yakuboviç vurğulayıb.
Qeyd edək ki, Anatoli Qoldfederer 69 yaşında vəfat edib. O, 1998-c ildən bəri "Pole Çudes"-in prodüseri olub.