Tramp dünya ölkələrini toplayır – Çinə qarşı yeni ittifaq

"Mənə elə gəlir ki, "G7" dünyada baş verənləri tam olaraq əhatə edə bilmir. Bu, olduqca köhnəlmiş ölkələr qrupudur" -  Tramp
Sputnik

BAKI, 31 may — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp "G7" sammitini sentyabra qədər təxirə salacağını və sammitə dörd ölkə dəvət edəcəyini bildirib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Prezident "G7" haqqında bəzi məlumatlar verdi və bizə onu yayımlamağa icazə verdi. O, sammiti sentyabra qədər təxirə salır və oraya Rusiya, Cənubi Koreya, Avstraliya və Hindistanı dəvət etməyi planlaşdırır", - deyə Prezident xəbərlərini işıqlandıran jurnalistlər bildiriblər.

"Mənə elə gəlir ki, "G7" dünyada baş verənləri tam olaraq əhatə edə bilmir. Bu, olduqca köhnəlmiş ölkələr qrupudur", - deyə Tramp vurğulayıb.

Öz növbəsində Ağ Evin strateji kommunikasiyalar üzrə direktoru Alissa Fara isə bəyan edib ki, genişləndirilmiş ölkələr qrupunun iclası Çinlə bağlı məsələləri müzakirə etməyə imkan verəcək.

"Alissa Fara bildirdi ki, sammit Çinin gələcəyi ilə nə etməli olduğumuz barədə danışmaq üçün bizim ənənəvi müttəfiqlərimizi bir araya gətirəcək", - Prezident pulu jurnalistləri deyiblər.

Qeyd edək ki, Almaniya Kansleri Angela Merkel ABŞ Prezidenti Donald Trampın G7 sammitinə dəvətini qəbul etməyib.

"Federal Kansler Vaşinqtonda iyun ayının sonunda keçirilməsi nəzərdə tutulan G7 sammitinə dəvəti üçün Prezident Trampa təşəkkür edir. Hazırda ümumi pandemiya vəziyyətini nəzərə alaraq, Angela Merkel Vaşinqtona səfərə və bu sammitdə iştirakına razı deyil. Əlbəttə ki, xanım Merkel pandemiyanın inkişaf xəttini izləməyə davam edəcək", - deyə Almaniya hökumətinin sözçüsü Steffen Seibert qeyd edib.