BAKI, 31 may - Sputnik. Göyçay rayonunda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 19 radələrində Yuxarı Şirvan kanalının İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Aşağı Qaraməryəm kənd sakini, 2004-cü il təvəllüdlü Cəbiyev İsmayıl Mehrah oğlu Yuxarı Şirvan kanalında çimərkən ehtiyatsızlıq edib və qəflətən suda boğulub. Yaxınlıqdakı insanlar onun həyatını xilas edə bilməyiblər.
İsmayılın meyidinin tapılaraq sudan çıxarılması üçün əraziyə FHN-in Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunublar.