BAKI, 30 may - Sputnik. Pentaqon hərbi polis birləşmələrinə Minneapolisə yola düşməyə hazır olmağı əmr edib. Bu şəhərdə artıq neçə gündür ki, qaradərili Corc Floydun öldürülməsi ilə bağlı etiraz aksiyaları keçirilir. Məlumatı üç mənbəyə əsasən Associated Press paylaşıb.
Agentliyin məlumatına görə, ABŞ şəhərində qoşun yeridilməsi Müdafiə Nazirliyi üçün nadir haldır.
Şimali Karolina və Nyu-York ştatlarındakı hərbi polis birləşmələri hazır vəziyyətə gətirilib, əsgərlərə müvafiq tapşırıq alındıqdan sonra Minneapolisə getməyə hazır olmaq əmr edilib. Kolorado və Kanzas ştatlarındakı hərbçilər də analoji əmrlər alıblar, onlar bir sutka ərzində yola düşməyə hazır olmalıdırlar. Ümumilikdə 800 əsgər yola düşməyə hazır olmalıdır.
Pentaqondakı yüksək səviyyəli mənbənin sözlərinə görə, bu əmr ABŞ Prezidenti Donald Trampın Müdafiə naziri Mark Esperə Minneapolisdəki vəziyyətə mümkün çevik müdaxilə variantlarını nəzərdən keçirməsi barədə müraciət etdikdən sonra ortaya çıxıb.
Minneapolisdə polslə toqquşmaya səbəb olmuş kütləvi etirazlar mayın 26-dan davam edir. Etirazçılar polis zorakılığı nəticədinə qaradərili Corc Floydun ölməsi səbəbindən küçələrı çıxıblar. Etiraz tez bir zamanda iğtişaşa çevrilib. Artıq Milli Qvardiya hissələri şəhərdədir.