HADİSƏ

Daşkəsən rayonuna dolu yağıb

Daşkəsən rayonunun Xoşbulaq, Quşçu Bayan, Gurbulaq, Zəyli, Əmirvar, Kəmərli kəndlərinə də dolu yağıb.
Sputnik

BAKI, 30 may - Sputnik. Ölkə ərazisində faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, mayın 30-da saat 17:36-17:40 radələrində Daşkəsən rayonunda şimşək çaxıb, yağış yağıb, diametri 16 mm olan, saat 18:18-18:28 radələrində isə diametri 13 mm olan dolu düşüb.      

Daşkəsən rayonunun Xoşbulaq, Quşçu Bayan, Gurbulaq, Zəyli, Əmirvar, Kəmərli kəndlərinə də dolu yağıb.