İQTİSADİYYAT

Növbə ona da çatdı – ABŞ bu valyutaya qarşı müharibə elan etdi

"Goldman Sachs" əsas arqument olaraq qeyd edir ki, səhmlər, istiqraz və digər klassik investisiya alətlərindən fərqli olaraq bitkoin sabit maliyyə axınını təmin edə bilmir
Sputnik

BAKI, 29 may — Sputnik. Birləşmiş Ştatların "Goldman Sachs" investisiya bankı bəyan edib ki, bitkoin də daxil olmaqla, kriptovalyutalar tam olaraq aktiv hesab olunmur. Bu barədə Sputnik Azərbaycan CNBC-yə istinadən xəbər verir.

Dünya və ABŞ-dan olan investorlar bunu populyar maliyyə alətinə qarşı "müharibə"nin elan olunması kimi dəyərləndiriblər.

Məzənnə on ilə 9 milyon faiz artdı

"Goldman Sachs" əsas arqument olaraq qeyd edir ki, səhmlər, istiqraz və digər klassik investisiya alətlərindən fərqli olaraq bitkoin sabit maliyyə axınını təmin edə bilmir.

Bankın analitiklərinin fikrincə, alıcıların kriptovalyutalara görə ödəniş etməsi üçün əsas səbəb onun mərkəzləşdirilməmiş olması və ödəmələrin təhlükəsizliyidir. Lakin bu investisiya qərarların verilməsi üçün kifayət deyil.

Qeyd edək ki, artıq banklar, fondlar da daxil olmaqla böyük investorlar "Goldman Sachs"ın bu mövqeyini sərt şəkildə tənqid edib.

Qeyd edək ki, kriptovalyuta virtual (rəqəmsal) valyutanın bir növü olmaqla bərabər elektron ödəniş şəbəkəsidir. İnternet şəbəkəsinin qlobal xarakter daşıdığı bir dövrdə kriptovalyuta maliyyə sistemində innovativ bir yenilikdir və ödəniş vasitəsi kimi yaxın gələcəkdə ən ideal valyuta olacağı qaçılmazdır. Hətta kriptovalyutaya internetin qızılı da demək mümkündür. Kriptovalyuta isə birbaşa internet şəbəkəsində yaradılır və heç bir ölkənin maliyyə-valyuta sistemi ilə əlaqəli deyil. Əsas xarakteristikası: mərkəzləşdirilmiş nəzarət mexanizminin olmaması, inflyasiyaya məruz qalmaması, saxta emissiya xüsusiyyətinin qeyri-mümkün olması.