BAKI, 29 may — Sputnik. Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovaya telefonla zəng edib.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Parlamentinin Mətbuat Xidmətindən məlumat verilib.
M.Şentop həm öz, həm də TBMM üzvləri adından Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Sahibə Qafarovanı və onun simasında millət vəkillərini və bütün Azərbaycan xalqını 28 May - Respublika günü münasibətilə təbrik edib.
S.Qafarova təbrikə görə minnətdarlığını bildirib və bu bayramın "bir millət, iki dövlət" olan Azərbaycan və Türkiyənin ortaq bayramı olduğunu qeyd edərək türkiyəli həmkarına da öz təbriklərini çatdırıb.