İlham Əliyev AXC-nin şərəfinə ucaldılmış abidəni ziyarət edib

Prezident Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.
Sputnik

BAKI, 28 may — Sputnik. Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı abidənin önünə gül dəstəsi qoydu.