CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu ərazilər də elektrik enerjisi ilə təchiz olunub

Ağdam rayonunun təmas xəttində yerləşən kəndlərində də elektrik enerjisi sistemi tamamilə yenidən qurulub.
Sputnik

BAKI, 28 may — Sputnik. Ağdam rayonunda məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə elektrik enerjisi təchizatı yaxşılaşdırılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq, “Azərişıq” ASC regionlarda elektrik enerjisinin təchizatının daha da yaxşılaşdırılması, istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində geniş tədbirlər həyata keçirir.

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Ağdam rayonunun təmas xəttində yerləşən kəndlərində də elektrik enerjisi sistemi tamamilə yenidən qurulub. Rayon ərazisində məcburi köçkünlərin də məskunlaşdığı ərazilər daxil olmaqla ümumilikdə 15-dən çox kənd və yaşayış məntəqəsində yenidənqurma işləri görülüb. Ümumilikdə 2567 ədəd  yeni dayaq quraşdırılıb, 259 min 700 metr müxtəlif növ yeni kabel çəkilib. Həmçinin Ergi ərazisində yeni 110/35/10 kv-luq, Əfətli kəndində isə  35/10 kv-luq yarımstansiyalar tikilib istismara verilib. 36 ədəd müasir tipli müxtəlif güclü transfarmator məntəqəsi quraşdırılıb.