Baş nazir karantin rejimi elan edib dostları ilə piknikə getdi

Hökumət vətəndaşlardan sosial məsafəni gözləməyi, gərəksiz yerə küçəyə çıxmamağı, pikniklərə getməməyi xahiş etdiyi günün sabahısı Baş nazir dostları ilə parka əylənməyə yollanıb
Sputnik

BAKI, 27 may — Sputnik. İrlandiyanın Baş naziri Leo Varadkar koronavirus pandemiyası səbəbilə elan etdiyi karantin qaydalarını pozaraq dostları ilə piknikə gedib. Ölkə əhalisi və KİV isə onun bu hərəkətini qəti surətdə pisləyiblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə New York Post yazıb.

Jurnalistlər Varadkarı parklardan birində, köynəksiz günəşlənəkən görüntüləyiblər.

Hökumət vətəndaşlardan sosial məsafəni gözləməyi, gərəksiz yerə küçəyə çıxmamağı, pikniklərə getməməyi xahiş etdiyi günün sabahısı Baş nazir dostları ilə parka əylənməyə yollanıb.

Ölkə liderinin bu hərəkəti yerli sakinlər tərəfindən şiddətlə qınanılıb. Onların əksəriyyəti Baş nazirdən dərhal istefa verməyi tələb edir.

Varadkarın mətbuat katibi ona haqq qazandırmaq üçün deyib ki, hökumət başçısı heç bir qaydanı pozmayıb, çünki yaşadığı yerdən 3 mil aralıda olub və dincəldiyi qrupda insanların sayı 4 nəfərdən çox olmayıb.