BAKI, 27 may — Sputnik. Bakıda Xətai rayonunun bir hissəsinə su verilişi dayandırılacaq. Sputnik Azərbaycan-a "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Anar Cəbrayıllının verdiyi məlumata görə, yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqadar bu gün ərzində Xətai rayonunun bir hissəsinə (Xocalı pr., M.Mehdizadə, A.Cəlilov, S.Orucov, N.Əliyev, N.Rəfiyev, A.İsmayılov, R.Əliyev küçələri) içməli suyun verilişi dayandırılacaq.