CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yer titrədi

Yeraltı təkanın episentri Lənkəran stansiyasından 19 km şimal-qərbdə, 10 kilometr dərinlikdə yerləşib
Sputnik

BAKI, 27 may — Sputnik. Yerli vaxtla saat 11:39-da Lənkəran ərazisində zəlzələ qeydə alınıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verib. Yeraltı təkanın episentri Lənkəran stansiyasından 19 km şimal-qərbdə, 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar 3,5 maqnitudada qeydə alınıb.