RUSİYA

Rusiyada onların sayını artıq üçrəqəmli ədədlə ifadə edirlər

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 370 680-ə çatıb. Rusiyada pandemiya yayılandan 3968 nəfər COVID-19-dan vəfat edib
Sputnik

BAKI, 27 may — Sputnik. Bir sutka ərzində Rusiyanın 85 regionunda 8338 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 161 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 370680-ə çatıb. Rusiyada pandemiya yayılandan 3968 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 11079 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 142208-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,6 milyonu keçib, 350 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.