PKK vurulur! Türkiyə İraqın şimalına zərbələr endirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Hakurk vilayətinə zərbələr endirib. Hava zərbələri nəticəsində 4 PKK terrorçusu zərərsizləşdirilib.
Sputnik

BAKI, 26 may — Sputnik. Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Hakurk vilayətinə hava zərbələri endirib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hava zərbələri nəticəsində 4 PKK terrorçusu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyinin açıqlamasına əsasən son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlar davam edəcək.