HADİSƏ

TƏBİB Masallıdakı güllələnmə ilə bağlı məlumat yayıb

Qeyd edək ki, bu gün Masallı rayonunda abonent "Azərişıq" ASC-nin 3 əməkdaşını odlu silahla yaralayıb.
Sputnik

BAKI, 26 may - Sputnik. TƏBİB Masallıda güllə yarası alan "Azərişıq" ASC-nin əməkdaşının vəziyyəti barədə məlumat verib.

TƏBİB-dən Sputnik Azərbaycan-a verilən açıqlamaya görə, Ramal Sudeif oğlu Bağırovun vəziyyəti stabildir:

"R.Bağırov körpücük sümüyündən güllə yarası alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub, hazırda vəziyyəti stabildir".

Qeyd edək ki, Masallı rayonunda abonent "Azərişıq" ASC-nin 3 əməkdaşını odlu silahla yaralayıb.

1989-cu il təvəllüdlü Ayaz Mirzəbala oğlu Rəcəbov sol bazu sümüyünün odlu silahdan yaralanması, yumşaq toxumaların siyrilməsi, 1990-cı il təvəllüdlü Orxan Mehman oğlu Baxşıyev isə sol əlin arxa səthinin odlu silahdan yaralanması diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Xəstəxanada lazımi tibbi yardım göstərilən A.Rəcəbov və O.Baxşıyev ambulator müalicə üçün evə buraxılıb.

İnsident zamanı "Azərişıq" ASC-nin digər  əməkdaşı, 1983-cü il təvəllüdlü Ramal Sudeif oğlu Bağırov da ov tüfəngi ilə güllələnib. Hazırda onun müalicəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Silahlı insidentin rayonun Yeddioymaq kəndində 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov tərəfindən törədildiyi məlum olub.