Koronavirusla bağlı Avropadan daha bir qərar

Qərara görə Almaniya iyunun 15-dən 31 ölkə ilə səyahət qadağasını aradan qaldırır. Siyahıda Türkiyənin adı yer almayıb.
Sputnik

BAKI, 26 may — Sputnik. Almaniya koronavirusla bağlı daha bir qərar verib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Almaniya hökuməti bəzi ölkələrlə sərhədlərin açılması haqda qərar verib.

Qərara görə Almaniya iyunun 15-dən 31 ölkə ilə səyahət qadağasını aradan qaldırır. Siyahıda Türkiyənin adı yer almayıb. Məlumata əsasən, Almaniya Avropa Birliyinə üzv ölkələrdən əlavə daha 4 ölkə ilə olan qadağaları da aradan qaldıracaq.