RUSİYA

Lavrov: "Koronavirus beynəlxalq münasibətlərin yaxşılaşmasına kömək edə bilər"

Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,4 milyonu keçib, 340 mindən çox adam isə virus səbəbilə ölüb
Sputnik

 

BAKI, 25 may — Sputnik. Koronavirus pandemiyası beynəlxalq münasibətlərin yaxşılaşmasına kömək edə bilər. Rusiya və Almaniya bu məsələdə aparıcı rol oynaya bilər. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov "Potstdam görüşləri" konfransının gedişi zamanı bildirib.

Onun sözlərinə görə, pandemiya xarici siyasət və dünya iqtisadiyyatı sahələrində birləşdirici yanaşmaların formalaşmasına yardım edəcək, həmçinin uydurma deyil, real təhdidlərə qarşı mübarizədə ölkələrin və beynəlxalq institutlar arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinə kömək edəcək.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,4 milyonu keçib, 340 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.