CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədə maşın quyuya düşüb: yaralılar var

Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, eləcə də həkim briqadası hadisə yerinə cəlb ediliblər. 
Sputnik

BAKI, 25 may - Sputnik. Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb. 

Hərəkətdə olan “VAZ 2106 ” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında qazılmış 9 metr dərinliyində olan quyuya düşüb. Məlumata görə, iki nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, eləcə də həkim briqadası hadisə yerinə cəlb ediliblər.