BAKI, 25 may — Sputnik. Bakıda 80 yaşlı qadına qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 23-də A.Nemətulla küçəsində Bakı şəhər sakini, 80 yaşlı T.Qurbanovanın içərisində 1100 manat pulu və mobil telefonu olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini M.Kərimov saxlanılıb.