İranda zəlzələ: xəsarət alanların sayı artdı

Bu gün günorta saatlarında İranın cənub-qərbində yerləşən Kohgiluyə-Boyərəhməd əyalətində 5.2 bal gücündə zəlzələ olub. Zəlzələ yerin 10 km dərinliyində baş verib
Sputnik

BAKI, 24 may — Sputnik. İranın cənub-şərqində 5.2 bal gücündə zəlzələ olub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, zəlzələ nəticəsində xəsarət alanların sayının artaraq 16 nəfərə çatdığı deyilir.

Bu barədə ölkənin Təcili Tibbi Yardım Xidməti məlumat yayıb. Bundan öncə İran KİV cəmi altı nəfərin xəsarət aldığını yazmışdı.

“Bir nəfərə yerindəcə kömək göstərilib, 15 nəfər isə tibb müəssisələrinə aparılıb”, - Xidmətin saytında bildirilir.

Qeyd olunur ki, xəstəxanaya çatdırılanlar da artıq evə buraxılıblar. Həkimlər deyirlər ki, insanların hamısı zəlzələdən qorxub qaçarkən xəsarət alıblar.

Bu gün günorta saatlarında İranın cənub-qərbində yerləşən Kohgiluyə-Boyərəhməd əyalətində 5.2 bal gücündə zəlzələ olub. Zəlzələ yerin 10 km dərinliyində baş verib. Episentrə ən yaxın yaşayış məntəqəsi kiçik Doqonbadandır (Qaçsaran), o, zəlzələ ocağında 14 km aralı yerləşir.