RUSİYA

Həyat qurtarmaq üçün maşını yalın əllə kənara çəkdilər – VİDEO

Leninqrad vilayəti FHN idarəsindən verilən məlumata görə, həmin yanğın çağırışdan 43 dəqiqə sonra söndürülüb
Sputnik

BAKI, 24 may — Sputnik. Rusiyanın Leninqrad vilayətindəki Murino şəhərində sakinlər yanğınsöndürən maşına mane olan avtomobili qaldıraraq kənara çəkiblər.

Sputnik Azərbaycan bildirir ki, hadisəni əks etdirən kadrları “Podyom” Telegram kanalında yayıb.

Kadrlarda göünür ki, yanğınsöndürən maşın hündürmərtəbəli binada yanğını söndürmək üçün məhəlləyə girə bilmir. Yolun ortasında saxlanmış qara rəngli minik avtomobili onun qarşısını kəsib. Ətrafdakı evlərin sakinləri qaçaraq həmin maşının yanına gəlir və onu tərpətməyə başlayırlar. Bir dəqiqə sonra isə onlar hərəkətlərini koordinasiya edərək minik avtomobilini yolun kənarına çəkirlər.

Bölgənin FHN idarəsindən verilən məlumata görə, həmin yanğın çağırışdan 43 dəqiqə sonra söndürülüb. Hadisədə heç kim xəsarət almayıb.