Artıq bir neçə aydır ki, yeni tip koronavirusun yayılması bütün dünya gündəmində bir nömrəli mövzu olaraq qalır. Polşanın paytaxtı Varşavada karantinə qarşı etiraz baş qaldırıb. Mitinqçilər hökumətdən karantindən çıxışın sürətləndirilməsini və müəssisələrin yenidən işə salınmasını tələb ediblər. Polis gözyaşardıcı qaz tətbiq etmək məcburiyyətində qalıb.
Rusiyanın Kareliya Respublikasının şimal və mərkəzi hissələrinə qar yağıb. Axşam və gecə saatlarında respublikanın şimalında temperatur mənfi 6 dərəcəyə enib, yolları buz bağlayıb.
Eyni zamanda, bir çox ölkələrdə isti hava şəraiti yaranıb və çimərlik mövsümü başlayıb.
Dünyanın ötən həftə nə yaşadığını bir daha görmək üçün müxtəlif ölkələrdə çəkilmiş fotoşəkillərə baxmağı təklif edirik. Dünyanın informasiya agentliklərinin fotomüxbirləri tərəfindən çəkilmiş yaddaqalan hadisələri, həmçinin emosional anları Sputnik Azərbaycan-nın təqdim etdiyi həftəlik foto reportajda izləyin.